ispan məzqçi ilk qələbəsini qazandı, Qurbanov qapıçıya ?yükləndi?

img

24-11-2012 [08:52]


Premyer Liqada XIV tura start verilib. Dünən 3 qarşılaşma baş tutub. ?Qarabağ? ?Turan?ı qəbul edib. Əfqan Talıbovun gəlişindən sonra daha inamlı təsir bağışlayan Tovuz klubu Ağdam təmsilçisindən də xal alıb. Hesabı 69-cu dəqiqədə Salif Ballo açıb. ?Qarabağ? buna 85-ci dəqiqədə cavab verib. Cərimə meydançasındakı qarşıqlıq zamanı Mikayıl Rəhimov avtoqola imza atıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Oyundan sonra açıqlama verən [b]Əfqan Talıbov[/b] deyib ki, komandası "İlk "altılığ"a iddialıdır: "Qarabağ?ın oyununu təhlil etmişdik. Rəqibin hansı üslubda oynadığını, hansı keyfiyyətlərə malik olduğunu bilirdik. Mərkəzdə Riçard Almeydanı nəzarətdə saxlamaq üçün xüsusi oyunçu ayırmışdıq. Mən deyərdim ki, o futbolçu üzərinə düşən vəzifəni yerinə yetirdi. Futbolçulara ilk hissədə sırf hesabı qorumaq tapşırığı vermişdim. Lazım olanda əks-hücumlara qoşulmalı idik. Komanda birinci hissədəki vəzifəni yerinə yetirə bildi. İkinci hissədə Ballonu meydana buraxdım. O da əlinə düşən ilk fürsətdə qol vurdu. ?İnter?lə oyundakı səhvlər üzərində xeyli işləmişdik. İkinci hissədə daha yaxşı təsir bağışladıq. 1:1 pis nəticə deyil. Millinin oyunu ilə əlaqədar Popoviçə istirahət vermişdik. Bizim də ilk ?altılıq? iddiamız var, niyə də olmasın? ?Turan? buna qadir komandadır?. [b]?Qarabağ?ın baş məşqçisi Qurban Qurbanov[/b] isə rəqibin çətin komanda olduğunu bildirib: "Turan?ın çətin rəqib olduğunu bilirdik, bu oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, qələbə qazana bilmədik. Uşaqlar sonadək mübarizə apardı, onları qınaya bilmərəm. Rəqib komandanın futbolçuları oyunun vaxtını uzadaraq tempi aşağı salırdılar?. Digər bir qarşılaşmada isə [b]?Xəzər-Lənkəran?[/b]ın ispan mənşəli yeni baş məşqçisi Karles Bakes ilk qələbəsini bayram edib. Gəncədə [b]?Kəpəz?[/b]in qonağı olan Lənkəran klubu 10-cu dəiqədə penalti qazanıb və topa yaxınlaşan hücumçu Branimir Subaşiç matçın yeganə qoluna imza atıb. Oyundan sonra keçirilən mətbuat konfransında komandasının oyunundan razı qaldığını açıqlayan [b]Bakes "Xəzər-Lənkəran"[/b]da ilk qələbəsini belə şərh edib: ?Komandamın oyunu xoşuma gəldi. İlk dəqiqələrdən oyunu ələ almağa çalışdıq, 11 metrlik cərimə zərbəsi qazandıq, qol vurduq və oyunun sonuna kimi hesabı qoruya bildik. ?Xəzər-Lənkəran?ın azarkeşlərini və komandamı qələbə münasibəti ilə təbrik edirəm?. [b]Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov[/b] isə qapçısından narazılığını gizlətməyib: ?Komandamın oyunu heç xoşuma gəlmədi. Həmişəki kimi qapıçımızın səhvindən sonra qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu. Əsasən gənc futbolçulara üstünlük verdim. Premyer Liqada oynayan futbolçular bilməlidilər ki, burada güzəşt yoxdur". M.Qurbanov komandasının ikinci hissədə daha yaxşı oynadığını bildirib: "Futbolçular vuruşmalı və özlərini göstərməlidirlər. Komandam axırıncı yerdədir, ev oyununda heç məğlub olmaq istəməzdim. İlk hissədə yaxşı oynamadıq, 2-ci hissədə isə futbolçular çalışdılar, qol epizodları yaratdılar, təəssüf ki, istifadə edə bilmədik?. Günün son oyunu isə Zaqatalada baş tutub. [b]?Simurq?[/b] öz meydanında [b]?İnter?[/b]i qəbul edib. Bu günə qədər bir qayda olaraq ?İnter?in qələbə qazandığı ?qardaşlar?ın duelində bu dəfə fərqli nəticə qeydə alınıb. ?Simurq?n ilk ?altılığ?a yolunu açan klubların ortaq rəhbərliyi həm də son günlərdə mətbuatın artan təzyiqinin qarşısını almaq və azarkeşləri susdurmaq üçün bu dəfə böyük qardaşı qurban verib. Matçda yeganə qolu 54-cü dəqiqədə Zdravko Popoviç vurub və ?Simurq? 1:0 hesablı qələbə qazanıb. [b]Turun digər oyunları isə sabah tutacaq: [/b] 14:20. ?Bakı? ? ?Neftçi? 16:00. AZAL ? ?Sumqayıt? 18:00. ?Rəvan? ? ?Qəbələ?

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA