?AzeriNews.org?un təsisçisi dəyizdi

img

13-11-2012 [03:52]


?AzeriNews.org? xəbər portalının təsisçisi dəyişib. Bu barədə portalın artıq keçmiş təsisçisi və baş redaktoru Namiq Cəfərli məlumat verib. O saytdan gedişinin səbəbini yeni layihələrlə izah edib: "Bu sayt mənim üçün mətbuat sahəsində sınaq idi. Biz qısa müddətdə ?AzeriNews.org"u populyarlaşdıra bildik. Bu isə bizə daha iri layihələrə başlamaq stimulu verdi. Nəzərdə tutulan layihələri həyata keçirmək üçün ciddi işə başlamışıq. Paralel olaraq ?AzeriNews.org"u idarə etmək işimizi çətinləşdirdiyinə görə, qərara aldıq ki, bu saytı işlədə biləcək bir şəxsə verək. Artıq mənim bu sayta heç bir aydiyyatım yoxdur. Saytın kollektivinə gəlincə isə yeni rəhbərliklə işləyib işləməyəcəyi onların verəcəyi qərardan aslıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR