Musa Musayev Gülər Əhmədovaya cavab verdi

img

08-10-2012 [04:21]


Elşad Abdullayevlə Gülər Əhmədovanın videoqalmaqalında adı çəkilən eks-deputat Musa Musayev də danışdı. Musa Musayev deputatlığı dövründə onun başqa şəxslərə, ayrı-ayrı adamlara işlədiyi barədə Gülər Əhmədovanın dediklərinin kökündən yalnış olduğunu bildirib. ?Mərhum prezident Heydər Əliyev 1993-cu ildə Bakıya qardaşı Həsən Əliyevin yas mərasiminə gəlmişdi. Orada Heydər Əliyevlə YAP-ın rayon təşkilat sədrləri ilə görüşü oldu. Mən o vaxt YAP-ın Nəsimi rayon təşkilatının sədri idim, ən böyük rayon təşkilatına rəhbərlik edirdim. Onda Heydər Əliyev bildirdi ki, ?bu partiya yaranır və bu partiyaya insanlar gəlir. Ancaq qaraniyyətli insanlar da ola bilər?. Heydər Əliyev bildirdi ki, ?elə insanlar indidən partiyadan uzaqlaşmalıdır, əgər uzaqlaşmasalar belə, onlar gec-tez ifşa olunacaqlar??. Mia.az xəbər verir ki, Modern.az-a bu açıqlamaları verən Musa Musayevin sözlərinə görə, bu gün də YAP-da qaraniyyətli adamlar var: ?Təəsüflə qeyd edirəm ki, bu gün də Heydər Əliyevin dediyi kimi, YAP-da dələduzlar, qaraniyyətli insanlar var. Getdikcə bu insanlar ifşa olunurlar. Mən 2000-2005-ci illərdə deputat olmuşam, daha sonra 4 il İcra Hakimiyyətinin başçısı işləmişəm. Bu müddət ərzində mən Heydər Əliyevin siyasi kursuna və bu kursun davamçısı İlham Əliyevə xidmət etmişəm, ölən günə qədər də bu əqidəmə sadiq qalacağam?. M.Musayevin sözlərinə görə, bu gün YAP-a gələn elə insanlar var ki, indiyə qədər 5 partiya dəyişiblər: ?Mən o insanlardan deyiləm, əqidəmi də heç vaxt dəyişmərəm, axıra qədər də Heydər Əliyevçi olaraq qalacağam?. Elşad Abdullayevlə bağlı məsələyə gəlincə, Musa Musayev qeyd edib ki, o, E.Abdullayevin qiymətini hələ 2005-ci il deputat seçkilərində verib: ?Mən həmin vaxt ANS-də 4 dəqiqəlik canlı yayımda çıxışımla Elşad Abdullayevin iç üzünü açmışam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR