AzTV-də kütləvi istefalar; gedənlər arasında redaktorlar da var

img

12-11-2012 [01:15]


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV və Azərbaycan Radiosu) kütləvi istefalar qeydə alınıb. Bu barədə Milliyet.az-a AzTV-də işləyən şəxslərdən biri məlumat verib. Belə ki, bu ilin yay aylarından başlayaraq noyabr ayına qədər şirkəti xeyli əməkdaş tərk edib. Onlardan bir qismi rəhbərlik tərəfindən uzaqlaşdırılıb, bir qismi özü gedib: ?İşdən çıxanların arasında artıq mətbuatda bu barədə məlumatı yayılmış ?Səhər? musiqi informasiya proqramının baş redaktoru Məqsəd Nur da var. Bu yaxınlarda isə İnformasiya Proqramları Studiyası direktorunun müavini Vəli Əkbər də AzTV-dən çıxıb. O, 2008-ci ilin iyul 7-dən AzTV-də çalışırdı. Onu işdən rəhbərlik uzaqlaşdırıb?. Məlumatda bildirilib ki, işdən çıxanlar arasında Turan Novruz, Nigar İsmayılqızı, Vaqif Həsənov, Vüsalə Quliyeva və başqaları da var. ?AzTV-də müəllif proqramları redaksiyasında çoxlu ixtisarlar oldu, ?Xəbərlər? isə dağılmaq həddinə çatdırılıb. Burdan azı üç-dörd nəfər operator isə ATV-yə keçib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR