"Qalatasaray" ikinciliyə yüksəldi, "Barselona" uduzdu

img

08-11-2012 [09:38]


Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tura yekun vurulub. E qrupunda İtaliya nəhəngi "Yuventus" doğma meydanda Danimarkanın "Nordsjaelland" komandasını qəbul edib bə rəqibinə heç bir şans verməyib - 4:0. Digər oyunda "Şaxtyor" səfərdə "Çelsi"nin qonağı olub və 2:3 hesabı ilə uduzub. F qrupunda Almaniyanın köklü klublarından olan "Bavariya" evdə son Fransa çempionu "Lill"lə qarşılaşıb. Görüş Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1. İspaniyanın "Valensiya" klubu doğma azarkeşləri önündə BATE ilə üz-üzə gəlib və görüşdən məğlub ayrılıb - 2:4. G qrupunun lideri "Barselona" klubu Şotlandiyaya səfər edib. Kataloniya təmsilçisi burada "Seltik"lə münasibətlərinə aydınlıq gətirib və rəqibinə 1:2 hesabı ilə məğlub olub. Moskva "Spartak"ı isə Portuqaliyada "Benfika"nın qonağı olub. Görüş "Benfika"nın inamlı qələbəsi ilə başa çatıb - 2:0. H qrupunda Türkiyənin "Qalatasaray" klubu Rumıniyada "ÇFR Kluj" komandası ilə üz-üzə gəlib. Son Türkiyə çempionu turnirdə ilk qələbəsini qazanıb - 3:1. Portuqaliyanın "Braqa" klubu doğma azarkeşləri önündə "Mançester Yunayted" komandasını sınağa çəkib. "Braqa" hesabı açan tərəf olsa da, sonda meydanı məğlub tərk edib - 1:3. Bu nəticədən sonra "Qalatasaray" 4 xalla 2-ci pilləyə yüksəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA