Mourinyo: "Borussiya" çL-in favortidir"

img

06-11-2012 [11:09]


"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında bu axşam qarşılaşacaqları Dortmund "Borussiya"sı ilə oyun haqda danışıb. Portuqaliyalı mütəxəssis "Borussiya"nın ÇL-i qazana biləcək gücdə olduğunu bildirib: "Borussiya" möhtəşəm komandadır. Hazırda qrupda lider olmaları və ardıcıl iki dəfə Bundesliqanı qazanmaları sürpriz deyil. Əgər onlar qrupdan çıxsalar, kuboku qazanmağa əsas favoritlərdən biri olacaqlar. Lakin bu axşam xal itirmək niyyətində deyilik. Düşünürəm ki, qrupdan məhz bu iki komanda çıxacaq. "Mançester Siti"ni də hesabdan silməz olmaz. Hələ ki, qrupda vəziyyət qarışıqdı". Qeyd edək ki, Almaniyada keçirilən görüşdə "Borussiya" "Real"ı 2:1 hesabı ilə məğlub etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA