?Qırmızı Şeytan?lar ?Arsenal?ı da ?əzdi?

img

04-11-2012 [08:26]


İngiltərə çempionatında dünənki derbinin də qalibi ?Qırmızı Şeytanlar? olmaqla, həm də liqin lideri dəyişib. Mia.az xəbər verir ki, ötən tur ?Çelsi?ni səfərdə məğlub edən ?Mançester Yunayted? bu dəfə əzəli rəqiblərindən digəri ilə ? ?Arsenal?la evində qarşılaşıb. İlk dəqiqələrdən hücuma atılan ?Qırmızı Şeytan?lar artıq 3-cü dəqiqədə Robin van Persenin qolu ilə ?Arsenal?ın qapısına yol tapıb ? 1:0. Bu qoldan sonra toparlanan ?Arsenal? bir neçə qol epizodu yaratsa da, ev sahibi bərabərliyin təmin edilməsinə imkan verməyib. Birinci hissənin son dəqiqəsində isə ?Mançester? 2-ci topu vurmaq üçün əla şans əldə etsə də, Runi 11-lik cərimə zərbəsindən yararlana bilməyib. Fasilədən sonra basqılarını artıran Arsen Vengerin komandasının rəqib qapısına son vuruşları dəqiq olmayıb. 67-ci dəqiqədə isə ev sahibi daha bir qol vurub. Patrik Evra Runinin ötürməsini qola çevirib ? 2:0. Bu qoldan 2 dəqiqə sonra isə ?Arsenal? azlıqda qalmalı olub. Belə ki, oyunun baş həkimi Jak Vilşeri ikinci sarı kart göstərməklə, oyundan xaric edib. Azlıqda qalmasına rəğmən topa daha çox hakim olan ?Arsenal maçtın son dəqiqəsində hesab arasındakı fərqi azalda bilib. 90-cı dəqiqədə Santyaqo Kazorla fərqli birə endirən qola imza atıb ? 2:1. Bu qələbə sayəsində xalını 24-ə çatdıran ?Mançester Yunayted? zirvəni də fəth etmiş olub. Əgər 22 xala sahib ?Çelsi? dünən rəqibi ilə bərabərliyə qalmasaydı, yəni qələbə qazansaydı, yenidən liderliyi ələ keçirə bilərdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA