"Xəzər Lənkəran"dan darmadağın, "Qarabağ" üçüncü pillədə!

img

04-11-2012 [06:23]


Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. Premyer Liqanın hazırki lideri Bakının "İnter" klubu səfərdə "Sumqayıt"ın qonağı olub və oyunda hesab aşılmayıb ? 0:0 Çempionatın digər lideri Zaqatalanın "Simurq" klubu bu tur Tovuza səfər edib. Ötən turda "Neftçi"yə uduzan "Simurq" "Turan"la görüşdə qələbə qazanmaq niyyətində olsa da, matç 1-1-lik bərabərliklə bitib. Günün maraq doğuran oyunu Bakıda baş tutub. Burada Ağdamın "Qarabağ" klubu paytaxtın AZAL komandasını qəbul edib. "Qarabağ" bu oyundan qalib ayrılmaqla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib ? 2:0. Tura Lənkəranda yekun vurulub. Ötən turda "Sumqayıt"la görüşdə vacib iki xal itirən "Xəzər Lənkəran" klubu bu dəfə doğma meydanda "Rəvan"la qarşılaşıb. Cənub komandası rəqibi darmadğın edib ? 4:0.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA