"Xəzər Lənkəran" büdrədi, "Qarabağ" uduzdu, "Neftçi" qələbə qazandı

img

31-10-2012 [05:35]


Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Ötən tur evdə "Qarabağ"ı məğlub edən "Xəzər Lənkəran" bu dəfə Sumqayıta səfər edib. Yunis Hüseynovun komandası "Sumqayıt"la görüşün də əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə qalib müəyyənlə.məyib - 1:1. Bu mövsüm heç də yaxşı günlərini keçirməyən "Qəbələ" səfərdə "Qarabağ"ın qonağı olub. Son turda məğlub olan hər iki komandanın dueli böyük maraq doğururdu. Qəbələ təmsilçisi ilk hissədə vurduğu iki qolla görüşdən qalib ayrılıb - 2:1. Günün ən maraq doğuran qarşılaşması isə Bakıda keçirilib. Burada son Azərbaycan çempionu "Neftçi" Premyer Liqanın lideri "Simurq"u sınağa çəkib. Ötən tur "Rəvan"a uduzan "Neftçi" lider üzərində qələbə qazanmaqla azarkeşlərini sevindirib - 2:1.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA