"Dinamo" və "Real" uduzdu, "Zenit" qələbə qazandı

img

25-10-2012 [02:23]


Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində III turun növbəti oyunları keçirilib. A qrupunun lideri "Porto" (Portuqaliya) klubu doğma meydanda Kiyev "Dinamo"sunu qəbul edib və çətin qələbə qazanıb - 3:2. Digər oyunda Zaqreb "Dinamo"su Fransanın PSJ klubunu sınağa çəkib və 0:2 hesabı ilə uduzub. B qrupunda son Fransa çempionu "Monpelye" klubu evdə "Olimpiakos" (Yunanıstan) komandası ilə qarşılaşıb və meydanı xalsız tərk edib - 1:2. Lider "Arsenal" doğma azarkeşləri önündə Almaniya "Şalke"si ilə üz-üzə gəlib. "Topçular" "Şalke"yə müqavimət göstərə bilməyib - 0:2. C qrupunun ilk matçı Rusiyada keçirilib. Burada yerli "Zenit" komandası Belçika "Anderlext"i ilə qarşılaşıb və rəqibini tək qolla keçib. İtaliya nəhəngi "Milan" klubu bu tur səfərdə "Malaqa"nın qonağı olub və minimal hesabla uduzub - 0:1. D qrupunda son İngiltərə çempionu "Mançester Siti" Hollandiyaya səfər edib. "Şəhərlilər" burada "Ayaks" klubu ilə münasibətlərinə aydınlıq gətiriblər. Görüş 3:1 hesabı ilə "Ayaks"ın xeyrinə başa çatıb. Günün mərkəzi qarşılaşması Almaniyada baş tutub. Burada "Borussiya" (Dortmund) klubu Madrid "Real"ını sınağa çəkib və 2:1 hesabı ilə qələbə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA