Məğlub "Qalatasaray" Rumın klubu ilə "ölüm-dirim" oyununa çıxacaq

img

23-10-2012 [10:37]


Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində III turun oyunlarına start veriləcək. [b]E qrupu[/b]nda İtaliya nəhəngi "Yuventus" səfərdə Danimarkanın "Nordsjaelland" klubu ilə qarşılaşacaq. ÇL-in son qalibi "Çelsi" klubu isə Ukraynada "Şaxtyor"un qonağı olacaq. [b]F qrupu[/b]nda autsayder Fransanın "Lill" klubu ÇL-in son finalisti "Bavariya"nı qəbul edəcək. Qrupun lideri BATE (Belarus) klubu doğma azarkeşləri önündə "Valensiya"nı sınağa çəkəcək. [b]G qrupu[/b]nun ilk qarşılaşması Moksvada baş tutacaq. Burada yerli "Spartak" klubu "Benfika" (Portuqaliya) komandası ilə üz-üzə gələcək. "Barselona" isə "Nou Kamp"da Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq. [b]H qrupu[/b]nda Türkiyənin "Qalatasaray" klubu ÇL-də 3-cü matçına çıxacaq. Son Türkiyə çempionu evdə Rumıniyanın "ÇFR Kluj" klubunu sınağa çəkəcək. İngiltərənin "Mançester Yunayted" klubu doğma meydanda Portuqaliya "Braqa"sı ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA