"Neftçi" "Rubin"lə oyuna xüsusi sarğı ilə çıxacaq

img

23-10-2012 [10:29]


Rusiyanın ?Rubin? və Azərbaycanın ?Neftçi? komandalarının kapitanları futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də keçiriləcək III tur matçına xüsusi sarğılarla çıxacaqlar. Bunu komandalardan UEFA və Futbolda Rasizmlə Mübarizə üzrə Avropa Təşkilatı (FARE) xahiş edib. Bu təşəbbüs FARE-nin Avropada 40-dan çox ölkəni əhatə edən təcridolunmanın müxtəlif növləri ilə mübarizə üzrə nəhəng ?Action Weeks? kampaniyasının bir hissəsidir. Stadionlarda 30 saniyəli çarx göstəriləcək, rasizmə qarşı mübarizəni sürətləndirməyə çağırış məqsədilə azarkeşlərə müraciət səslənəcək. Hər bir komandanı meydana çıxarkən uşaqlar və ?Rasizmə qarşı birləşək? yazılmış geyimdə uşaqlar müşayiət edəcəklər. Qeyd edək ki, təşəbbüs Avropa Liqasının bu həftə keçiriləcək digər oyunlarına, eləcə də Çempionlar Liqası matçlarına da şamil olunub. Hazırda ?Neftçi?nin kapitanı Rəşad Sadiqovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA