Rövnəq Abdullayevə görə Kamran Ağayevi Lənkəranda döydülər

img

22-10-2012 [11:42]


Millimizin qolkiperi Kamran Ağayev Lənkərandan geri qayıdıb. Yerli azarkeşlərin komandanın məşqinə gələrək ona təzyiqlər etməsi səbəbindən Kamran Ağayev bu addımı atıb. Məlumata görə, komandanın məşqçisi Emin Quliyevlə Kamran arasında mübahisə olub. Məşqçi qolkiperdən məşqə dönməsini tələb edib. Qolkiper onun sözünə baxmayıb. Belədə əsəblərini cilovlaya bilməyən Emin Quliyev Kamran Ağayevi vurub. Bu arada lənkəranlı azərkeşlərin Avrofutbol.com-a verdiyi məlumata görə, komandanın məşqinə bir qrup azərkeş gələrək Kamran Ağayevi "moralnı" sındırmağa çalışıblar. Onlar qapıçıya "Xəzər Lənkəran"da etdiyi "xidmət"ləri onun diqqətinə çatdırıblar. Daha dəqiqi Kamran Ağayevə rumıniyalı məşqçi Mirça Rednikə "torba" tikməyini, "Rövnəq Abdullayevin adamı olduğunu və AFFA-nın tapşırığıyla qollar buraxdığını" və s. xatırladıblar. Kamran Ağayev isə bunlara dözməyərək məşqdən icazəsiz getmək istəyəndə, Emin Quliyev onu saxlamaq istəyib. Kamran Ağayevin söyüş söyməsi isə tərəflər arasında dava-dalaşla nəticələnib. Azərkeşlərin sözlərinə görə, Emin Quliyev Kamran Ağayevi vurub. Lənkəranlı azərkeşlər Kamran Ağayevi etdiyi hərəkətlərə görə heç zaman bağışlamayacaqlarını da sözlərinə əlavə etməklə yanaşı, Emin Quliyevin onu vurmasına haqq qazandırırlar. Avrofutbol.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA