Rövnəq Abdullayev xəbərdarlıq etdi

img

10-10-2012 [11:52]


Bu gün Beynəlxalq Muğam Mərkəzində 2011-2012-ci il mövsümündə Unibank Premyer Liqanın qaliblərinin mükafatlarının təqdimetmə mərasimi keçirilir. Tədbirdə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqanın qaliblərinin gec mükafatlandırılmasına münasibət bildirib: "Qaliblərə mükafatların gec verilməsi olimpiya oyunları və ölkəmizdə keçirilən mühüm idman tədbirlərinə görə oldu. Futbolda böyük inkişaf baş verdi. Çempionat maraqlı alındı. Yeni stadionlar tikilib, istifadəyə verildi ki, bu da inkişaf deməkdir. "Neftçi"nin bu mövsüm Avropa Liqasının qrup mərhələsinə düşməsi bütün Azərbaycan futbolunun uğurudur. Artıq klublar bilməlidir ki, bundan sonra onların məqsədi ən azı Avroliqanın qrup mərhələsinə düşməkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA