"Neftçi" "inter"i qəbul edəcək

img

04-10-2012 [11:50]


Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunlarına start veriləcək. Bakının "Neftçi" klubu bu axşam ikinci matçını keçirəcək. Avroliqada ilk ev oyununa çıxacaq son Azərbaycan çempionu doğma meydanda İtaliya nəhəngi "İnter" klubunu qəbul edəcək. İlk turda səfərdə "Partizan"la görüşdən 1 xalla ayrılan "Neftçi" turnirdə ilk qələbəsini qazanmaq niyyətindədir. Lakin görüşün əsas favoriti olan "İnter"in buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur. Qeyd edək ki, qrupun digər matçında "Rubin" (Kazan, Rusiya) öz meydanında Serbiyanın "Partizan" klubunu sınağa çəkəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA