Fatih Terim "Milan"ın hədəfində

img

28-09-2012 [09:16]


"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər. "Haberturk"ün məlumatına görə, türkiyəli mütəxəssislə "Milan" klubu yaxından maraqlanır. Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən Milan təmsilçisi baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmaq niyyətindədir. Rəhbərlik komandanın baş məşqçi postuna "imperator" ləqəbli Terimi gətirməyi planlaşdırır. Lakin Terimin qışda "Milan"a keçidi mümkünsüz görünür. "Milan"ın Terimlə yalnız mövsümün sonunda anlaşa biləcəyi yazılır. Qeyd edək ki, Fatih Terim 2001-2002-ci illərdə "Milan"ı çalışdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA