Kiyev "Dinamo"su qələbə qazandı, "Real"dan darmadağın

img

04-10-2012 [11:47]


Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti oyunları keçirilib. A qrupunda "Porto" (Portuqaliya) evdə Fransanın PSJ klubunu qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb. Qrupun digər matçında isə Kiyev "Dinamo"su Zaqreb "Dinamo"sunu sınağa çəkib. Görüş 2:0 hesabı ilə Kiyev təmsilçisinin xeyrinə başa çatıb. B qrupunun lideri "Arsenal" doğma azarkeşləri önündə "Olimpiakos" (Yunanıstan) ilə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib. Almaniyanın "Şalke" klubu isə öz meydanında "Monpelye" ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2. C qrupunda İtaliya nəhəngi "Milan" klubu Peterburqda "Zenit"in qonağı olub və çətin qələbəyə sevinib - 3:2. Qrupun lideri "Malaqa" klubu Belçikada "Anderlext"lə münasibətlərinə aydınlıq gətirib. İspaniya təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0. D qrupunda Madrid "Real"ı Hollandiyaya səfər edib. Madrid təmsilçisi burada "Ayaks"a gücünü göstərib - 4:1. Digər görüşdə isə "Mançester Siti" (İngiltərə) "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib - 1:1. Qol.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA