"Simurq" yenidən zirvədə, "Qəbələ" və "Neftçi" məğlub oldu

img

24-09-2012 [11:24]


Bu gün Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunları keçirilib. Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən "Simurq" doğma meydanda "Kəpəz"i qəbul edib. "Simurq" bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini möhkəmləndirəcəkdi ki, belə olub. Rəqibini 2:1 hesabı ilə məğlub edən "Simurq" xalını 14-ə yüksəldib. Digər oyun Sumqayıtda baş tutub. Burada yerli "Sumqayıt" "Neftçi" ilə qarşılaşıb. Avroliqada yeganə təmsilçimiz olan "Neftçi" ölkə çempionatında da uğurlu çıxışını davam etdirmək niyyətindədir. Lakin "ağ qaralar" bu görüşdən məğlub ayrılıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən "Sumqayıt" mövsümdə ikinci qələbəsini qazanıb. "Qəbələ" öz meydanında çempionatın autsayderi "Rəvan"ı qəbul edib. Fatih Kavlakın komandası qələbə qazanacağı təqdirdə ilk "altılıq"dakı mövqeyini qoruyacaqdı. Lakin rəqibi ilə bacarmayan Fatih Kavlakın komandası turu xalsız başa vurub - 1:2.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA