"Qalatasaray" uduzdu, "Barselona" qələbə qazandı

img

03-10-2012 [02:06]


Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunlarına start verilib. [b]E qrupu[/b]nda İtaliya nəhəngi "Yuventus" doğma meydanda "Şaxtyor" (Ukrayna) klubunu qəbul edib və görüşdə qalib müəyyənləşməyib - 1:1. Digər görüşdə "Nordsjaelland" (Danimarka) "Çelsi" (İngiltərə) klubunu sınağa çəkib. London təmsilçisini darmadağın edib - 4:0. [b]F qrupu[/b]nda iki lider - BATE (Belarus) və "Bavariya" (Almaniya) komandaları üz-üzə gəlib. Belarus çempionu bu görüşdə də qələbəyə sevinib - 3:1. İspaniyada isə "Valensiya" Fransanın "Lill" klubu ilə münasibətlərinə aydınlıq gətirib. İspaniya təmsilçisi "Lill" üzərində inamlı qələbə qazanıb - 2:0. [b]G qrupu[/b]nda Moskva "Spartak"ı doğma azarkeşləri önündə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıb. Gərgin keçən görüş 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qrupun lideri "Barselona" isə Portuqaliyada "Benfika"nın qonağı olub və inamlı qələbə qazanıb - 2:0. [b]H qrupu[/b]nun favoriti "Mançester Yunayted" klubu bu turda Rumıniyaya səfər edib. Burada İngiltərə nəhəngi "CFR Kluj"la üz-üzə gəlib. Robin Van Persi komandasına növbəti dəfə qələbə qazandırıb - 2:1. Son Türkiyə çempionu "Qalatasaray" isə evdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb və ikinci görüşünü də məğlub başa vurub - 0:2. Qeyd edək ki, ikinci turun qalan görüşləri sabah axşam keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA