"Xəzər Lənkəran"a yeni məzqçi gəldi

img

23-09-2012 [09:19]


"Xəzər Lənləran"ın məşqçilər korpusuna daha bir nəfər gətirilib. Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, keçmiç futbolçu Emin Quliyevlə iki illik müqavilə imzalanıb. Bu gündən Emin baş məçqçinin köməkçisi vəzifəsində çalışacaq. Emin Quliyev "Xəzər Lənkəran"da 2005-2009-cu illərdə çıxış edib. Bu komandayla birgə o, 2006/2007 mövsümünün Azərbaycan çempionu, həmin mövsüm ölkə kubokunun və 2008-ci ilin Birlik kubokunun qalibi titullarını qazanıb. Futbolçu karyerası ərzində Emin "Xəzər Lənkəran"dan başqa "Kəpəz", "Liteks" (Bolqarıstan), "Çorno more" (Bolqarıstan), "Neftçi", Alaniya (Rusiya), "Karvan", "Simurq" və "Turan" klublarının şərəfini qoruyub. O, 2000-ci ildən başlayaraq milli yığma komandamızın üzvü də olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA