"Xəzər Lənkəran" iki qırmızı kartla uduzdu, baz məzqçi hakimi suçladı

img

30-09-2012 [03:47]


[b]Əsgər Abdullayev isə gizli plandan danışıb; Kəmaləddin Heydərov ?Qəbələ?nin oyununu canlı izlədi[/b] Bu gün Azərbaycan Premyer Liqasında VII turun oyunlarına start verilib. Premyer Liqanın böyük maraqla gözlənilən oyunu Tovuzda baş tutub. Çempionatıun autsayderi "Turan" öz meydanında "Xəzər Lənkəran"ı qonaq edib. Maraqlı keçən qarşılaşmadan Tovuz təmsilçisi qalib ayrılıb - 2:1. Qeyd edək ki, oyunun 20-ci dəqiqəsində Ruslan Abışov, 78-ci dəqiqəsində isə Elnur Allahverdiyev qolçu Salifinin üzünə tüpürdüyü üçün qırmızı kartla meydandan qovulmaqla, komandalarını çətin vəziyyətdə qoyublar. Qarşılaşmada diqqətçəkən digər bir məqam isə hər üç qolun müəllifinin Malidən olan oyunçuların olmasıdır. Hesabı 45-ci dəqiqədə ?Xəzər Lənkəran?dan Sadio Tounkara açıb. 55-ci dəqiqədə onun həmyerlisi Salif Ballo hesabı bərabərləşdirib. Ballo üç dəqiqə sonra dublunu rəsmiləşdirərək, ?Turan?a qələbə qazandırıb. Qeyd edək ki, Tounkara və Ballonu bu ilin yanvarında ölkəmizə ?Xəzər Lənkəran?ın o vaxtkı baş məşqçisi Cüneyt Biçər gətirib. Sadio Lənkəran klubunda qalsa da, Salifi cənub komandası bəyənməmişdi. O, bundan sonra Tovuz təmsilçisi ilə müqavilə bağlamışdı. Oyundn sonra [b]Tovuz komandasının təcrübəli baş məşqçisi Əsgər Abdullayev[/b] deyib ki, oyuna uyğun taktika, yəni ilk hissədə rəqiblərini yormağı düşünüblər: "Salif Balloya demişdim ki, oyunda komandanın gizli silahı olmalısan. İlk hissədə rəqibi yorduq, ikinci hissədə isə Ballo iki qol vurdu, qələbə qazandıq. İlk hissənin sonlarına yaxın müdafiədə səhvlər buraxmağa başladıq, ?Xəzər Lənkəran? da bundan istifadə edib qol vurdu?. Qonaq komandanın[b] baş məşqçisi Yunis Hüseynov[/b] isə həm danışmaq istəmədiyini deyib, həm də hakimi ittiham edib: ?Hakim verdiyi qərarlarla oyunu alt-üstə elədi. Çox bərbad hakimlik oldu. Futbolçularımızı sarı vərəqə paylamaqla qorxutdu. Ruslan Abışovun meydan qovulduğu epizod oyun epizodu idi və orda qırmızı vərəqə yox idi. Oyun barəsində isə danışmaq istəmirəm, hər şey göz qabağında idi. ?Turan?a uğurlar arzu edirəm?. Turun digər qarşılaşması isə baş məşqçi Fatih Kavlakla yollarını ayıran [b]Qəbələ[/b]nin eyniadlı komandası ilə paytaxtın [b]AZAL[/b] klubu arasında baş tutub. Bu görüş Ramiz Məmmədovun "Qəbələ"nin baş məşqçisi kimi yeni mövsümdə ilk sınağı olub. Nazir Kəmaləddin Heydərovun canlı izlədiyi bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Oyundan sonra açıqlama verən [b]?Qəbələ?nin baş məşqçisi Ramiz Məmmədov[/b] komandasındakıu ruh düşkünlüyündən narahatlığını ifadə edib: "Komandada ruh düşkünlüyü var idi. Əsas heyətin bir neçə futbolçusundan yararlana bilmədim. İkinci hissədə bir sıra gənc oyunçuya şans verdim. Onlar da etimadımı doğrultdular. AZAL-ın ikinci yerdə olması təsadüfü deyil. Çox güclü komandadır. 100 faizlik qol imkanlarımız olsa da, istifadə edə bilmədik. İmkanlardan yararlansaydıq, qalib gələ bilərdik?. [b]AZAL-ın baş məşqiçsi Vaqif Sadıqov[/b] isə nəticəni ədalətli sayıb: "Qəbələ"nin iki hücumçu ilə oynayacağını bilirdik. Ramiz müəllim hücuma meyilli futbola üstünlük verir. Ona görə də oyunun gərgin məcrada keçəcəyini gözləyirdik, belə də oldu. Nəticəni oyuna görə ədalətli hesab edirəm. Ramiz müəllimi təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram?. Çempionatın lideri [b]"Simurq"[/b] klubu doğma azarkeşləri önündə [b]"Qarabağ"[/b]ı qəbul edib. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə "Simurq"la xalını eyniləşdirəcəkdi. Lakin bu oyunda da tərəflərdən heç biri fərqlənə bilməyib - 0:0. [b]Qeyd edək ki, VII turun qalan görüşləri bu gün keçiriləcək:[/b] 16:00. ?Sumqayıt? ? ?Bakı? 20:00. ?Rəvan? ? ?Kəpəz?

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA