Partizan?ın idman direktoru "Neftçi?nin baz məzqçisini təhqir etdi

img

22-09-2012 [06:00]


?Partizan?ın idman direktoru Lyubişa Tumbakoviç cümə axşamı Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən ?Partizan?-?Neftçi? qarşılaşmasında yaşanan xoşagəlməz olaylara münasibət bildirib. O, ilk olaraq, Saşa Stamenkoviçlə bağlı yaşanan qalmaqala münasibət bildirərək, baş verənlərdə Bakı klubunun qapıçısını günahlandırıb: ?Oyundan sonra yaşananlara görə tək günahkar Stamenkoviç özüdür. Əslində matçdan öncə mətbuatı izləyərkən bu cür sonluğun olacağını təxmin etmişdik. Stamenkoviç oyun boyu sanki bizim futbolçuları, azarkeşləri qıcıqlandırır, öz hərəkətləri ilə onları özündən çıxarmağa çalışırdı. Görünür, bu da onun mədəniyyətində problemin olması ilə bağlıdır?. Klub rəsmisi tribunalardan asılan böyük pankartla bağlı da fikirlərini bildirib: ?Düşünürəm ki, burada banan başqa mənada işlənib. İnanmıram ki, bizim azarkeşlər kiməsə qarşı irqçi şüarlar səsləndirsinlər, plakatlar assınlar. Mən burada təhqiredici bir məqam görmürəm?. Tumbakoviçi ən çox özündən çıxardan isə ?Neftçi?nin baş məşqçisi Böyükağa Hacıyevin oyunsonrası mətbuat konfransında ?Partizan? haqqında dediyi fikirlər olub. Serbiyalının buna cavabı sərt olub: ?O, yaşlı adamdı, görünür, hara gəldiyini tamam unudub. Belqaradda kiməsə qarşı hörmətsizlik etmək mümkün deyil bu, reallıqdan çox uzaqdı. İndiyə qədər Belqrada kifayət qədər tanınmış Avropa klubu gəlib və onların heç biri burdan narazı getməyib. Heç bir oyunda da qalmaqal, ixtişaş yaşanmayıb. Artıq söhbətlər gəzməyə başlayır ki, guya Bakıda da bizə qarşı pis münasibət olacaq. Şəxsən mən Bakıdakı qarşılanmadan və mümkün ?qonaqpərvərlik?dən qorxmuram?. Tənqidi fikirlərinə baxmayaraq, sonda idman direktoru ?Neftçi?nin nizam-intizamlı oynadığını da etiraf etdi: ?Oyunumuz həqiqətən istədiyimiz kimi alınmadı. Ona görə qol vura bilmədik. Bizdə sadəcə, yüksək konsentrasiya çatmadı ki, qol vuraq. Etiraf edim ki, ?Neftçi? müdafiədə çox məsuliyyətli və diqqətli oynadı".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA