Yaqub Mahmudov elmi ezamiyyətdən qayıdıb

img

27-09-2012 [03:05]


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, t.ü.e.d., professor Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı növbəti elmi ezamiyyətdən qayıdıb. Bir neçə gün əvvəl Şəkiyə səfər edən professor Yaqub Mahmudov Mirzə Fətəli Axundzadənin 200 illik yübileyi ilə əlaqədar beynəlxalq elmi simpoziumda və Şəkinin 2700 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmişdir. Səfər zamanı professor Yaqub Mahmudov tədbirlərdə Azərbaycan tarixində Mirzə Fətəli Axundzadənin rolu, Şəkinin tarixi və qədim mədəniyyəti haqqında məruzələrlə çıxış edib. Professor Yaqub Mahmudov çıxışında bildirib ki, Şəki tarixən Azərbaycanın şimalı-qərbində dövlətçiliyimizin dayağı, mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz olub. Şəhərdəki nadir tarixi-memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, imarətlər, qala divarları, körpülər buranın qədim və özünəməxsus memarlıq üslubundan xəbər verir. Bu gün Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdən biridir. Dövlətimizin başçısı ölkəmizin digər bölgələri kimi Şəkini də gündəlik qayğı və diqqət mərkəzində saxlayır. Son bir il ərzində ölkə başçısı Şəkinin inkişafı ilə bağlı dörd sərəncam imzalamış, üç dəfə bu qədim şəhərə səfər etmişdir. Şəki hazırda böyük intibah dövrünü yaşayır. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu və Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22-23 sentyabr 2012-ci il tarixlərində Şəki şəhərində Mirzə Fətəli Axundzadənin 200 illik yübileyi ilə əlaqədar keçirilən beynəlxalq elmi simpoziumda və Şəkinin 2700 illiyinə həsr olunmuş bayram mərasimlərində görkəmli alimlər, o cümlədən Tarix İnstitutunun əməkdaşları t.ü.f.d. C.Ə.Bəhramov, t.ü.f.d. dossent T.H.Nəcəfli, t.ü.f.d. H.N.Həsənov, t.ü.e.d. Q.Ə.Hacıyev və başqaları da iştirak edib. Təntənəli və rəngarəng bayram mərasimləri Xan sarayı, Mirzə Fətəli Axundzadə parkı, ölkə başçısı İlham Əliyevin göstərişi ilə qısa müddət ərzində inşa edilən Yay Teatrı, Yuxarı və Aşağı karvansaraylarda keçirilib. Tədbirlərdə Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin nümayəndələri, Qazaxıstan, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının və Türkiyənin tanınmış teatr, musiqi və rəqs kollektivləri də iştirak edib. Şəkidəki tədbirlər zamanı Şəki şəhəri Türkiyənin Meram şəhəri qardaşlaşıb. Bayram tədbirləri atəşfəşanlıqla sona çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR