Bahəddin Həziyev ?Bandotdel?də izahat verib

img

14-11-2012 [08:01]


?Bizim Yol? qəzetinin baş redaktoru Bahəddin Həziyev noyabrın 14-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verib. Dindirmə qəzetin təhdid olunması, nəşrin əməkdaşı Vüsal Yusubovun döyülməsi ilə bağlıdır. Bu məsələni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi araşdırır. Bahəddin Həziyev ?Media forum? saytına bildirib ki, noyabrın 14-də onunla yanaşı qəzetin əməkdaşları Sevinc Vaqifqızı və Vüsal Yusubov da ifadə veriblər: ?Biz bildirdik ki, döyülmə qəzetimizdə araşdırma yazıları dərc olunandan sonra baş verib. Vüsal Yusubovu bir neçə nəfərin döyməsindən də məlum olur ki, bu, əvvəlcədən planlaşdırılmış işdir. Onun ifadəsi əsasında saxlanılan Anar İsgəndərovun sonradan azad edilməsi qənaətimizi daha da gücləndirir?. ?Bizim Yol? qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubov noyabrın 7-nə keçən gecə naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə Bakının Şərifzadə küçəsi, 3 ünvanında (ATV kanalının yaxınlığında), Vüsal Yusubov ?Futbol+? mətbəəsindən çıxarkən baş verib. Bundan bir gün qabaq isə ?Bizim Yol?un redaksiyası qəzetdə çap olunmuş ?Dünya çempionunun adı dələduzluq olayında? başlıqlı yazısına görə təhdid edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR