Saza Stamenkoviç: "Partizan"ın baz məzqçisi məni xilas etdi"

img

21-09-2012 [11:51]


Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Partizan"la görüşdən sonra (0:0) təzyiqlə üzləşən "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç baş verənlərə münasibət bildirib. Serbiya mətbuatına danışan Stamenkoviç rəqib futbolçu Aleksandr Mitroviçlə arasındakı insidenti belə şərh edib: "Hələ oyundan öncə mənə qarşı böyük təzyiq var idi. Azarkeşlərin məni fitə basması normal haldır. Ancaq oyundan sonra rəqib futbolçu Aleksandr Mitroviçin hərəkəti mənim üçün gözlənilməz oldu. Oyun başa çatan kimi əllərimi yuxarı qaldıraraq bir xal qazanmağımızı qeyd etdim. Həmin anda Mitroviç mənə yaxınlaşdı və əl-qol hərəkətləri etməyə başladı. Doğma meydanda heç-heçə etmələrinə baxmayaraq, Mitroviç özünü ələ almalı və gənc komanda yoldaşları Milan Smilyaniç və Saşa Markoviç kimi yaxşı davranmalı idi. "Partizan"ın baş məşqçisi Vladimir Vermezoviç aranı sakitləşdirdi və məni xilas etdi. Buna görə də ona təşəkkür edirəm". Qeyd edək ki, matçın final fitindən sonra "Partizan"nın hücumçusu Aleksandr Mitroviç Saşa Stamenkoviçin üzərinə hücum çəkmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA