?Azercell?ə ?Bakcell?in zok maxinasiyası

img

17-09-2012 [12:46]


Azərbaycanda mobil operatorların müxtəlif tipli maxinasiyaları ilə bağlı zaman-zaman mətbuatda xeyli sayda məlumatlar dərc olunub. Hər dəfə də mobil operatorlar özlərini təmizə çıxarmağa çalışırlar, amma onların maxinasiyaları ilə bağlı faktlar faktlığında qalmaqdadı. Gunxeber.com-un məlumatına görə, indi mobil operatorlar daha bir maxinasiyaya əl atıblar. Bu işlə əsasən ?Azercell? və ?Bakcell? şirkətləri məşğuldu. Azərbaycanda sayt bolluğunun yaşandığı bir vaxtda saytlar öz reytinqlərini artırmaq üçün daha çox İP toplamaq məcburiyyətindədilər. Saytların reytinqi məhz gün ərzində onlara neçə İP-dən girilməsi ilə müəyyənləşdirilir. Ölkədə sırf öz gücünə İP toplamaq baxımından yüksək nəticə göstərən saytların sayı o qədər də çox deyil. Bunun üçün müxtəlif variantlardan istifadə olunur. Görürsən ki, günlərlə sayta bir dənə də olsun xəbər qoymayan internet media quruluşlarının İP sayı hər gün əzab əziyyətlə xəbər toplayan, reportajlar hazırlayan, müsahibələr götürən saytların İP sayından daha çox olur. Yaxud da cəmiyyətdəki problemlərdən yaza bilməyən, tənqid adı gələndə daş atıb başını tutan və məqsədi cəmiyyətə tam bəlli olan saytların İP sayı kəllə-çarxa vurub çıxır. Bəs belə saytlar bu qədər İP-i necə yığa bilir? Qeyd etdiyimz kimi bunun üçün daha çox İP sayı olan saytlara banner yerləşdirməkdən tutmuş, sayğaca hansısa formada barmaq eləməyə qədər müxtəlif vasitələrdən istifadə olunur. Saytların İP sayını artırmsı üçün son dövrlər ən çox istifadə etdiyi variantlardan biri də ?Azercell? və ?Bakcell? çirkələrindən pulla İP almaqdı. Bu şirkətlərin mətbuat xidmətlərində çalışan və bir neçə məsul şəxsinin bu işlə məşğul olduğu bildirilir. Pul əvəzində bir xeyli saytın hesabına minlərlə İP əlavə olunur. Guya həmin saytlara mobil telefonlardan giriş çox olur və həmin İP-lər də bunun göstəricisidi. Bu barədə danışan şəxs bir gün üçün 1000 İP-in neçəyə satıldığının qiymətini və başqa ciddi faktları da açıqlayıb. Bəzi dəqiqləşdirmələr apardıqdan sonra onları da yazacağıq. Məsələ ilə bağlı yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. Gunxeber.com

Digər xəbərlər
SON XƏBƏRLƏR