Azərbaycanda internet ?qismən azad? vəziyyətdədir

img

24-09-2012 [11:03]


m House? müstəqil nəzarət təşkilatı bazar ertəsi ?İnternetdə azadlıq 2012? adlı hesabat nəşr edib. Hesabata əsasən Azərbaycanda internet ?qismən azad? vəziyyətdədir. 2007-ci ildən internetə girişin qiymətini azaldan siyasət nəticəsində biznes və şəhər sakinləri üçün ?internet daha əldə edilən?dir, lakin kənd və rayon sakinləri üçün internetə giriş məhduddur. Hesabatda həmçinin Azərbaycanda internetə məhdudiyyətlərin çoxaldığı qeyd edilir: ?İnternet səhifələrinin özünü senzuradan keçirməkdənsə hökümət, istifadəçilərin şəxsiyyətləri haqqında məlumat toplamaq üçün internet klublarına basqın edir, siyasi fəal olan ?vətəndaş?ları saxta ittihamlarla həbs edir və fəalları və qohumlarını təqib edir.? Hesabatda Azərbaycan 0-100 (0=ən azad) bal miqyasında 2011-ci ilin hesabatında 48, 2012-ci ilin hesabatında isə 50 bal toplayıb. 2011-ci ilin hesabatı ilə müqayisədə ?girişə maneələr? azalıb, lakin ?məzmun məhdudiyyətləri? və ?istifadəçilərin hüquqlarının pozulması? bölmələrində 2012-ci ildə artım göstərilib. Freedom House-a əsasən Azərbaycan, Liviya, Malayziya, Pakistan, Rusiya, Ruanda və Sri Lanka ?risk altında olan ölkələr?dir. Azərbaycan 2012-ci ilin noyabr ayında İnternet İdarəçilik Forumunun 7-ci illik toplantısına sahib olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR