Kustodio Kastro: ?Azərbaycana qarzı çox diqqətli olmalıyıq?

img

10-09-2012 [11:31]


?Azərbaycan yaxşı komandadır. İsrailə qarşı oyunda bunun şahidi olduq. Odur ki, bu rəqibə qarşı çox diqqətli olmalıyıq?. Bunu sabah DÇ-2014-ün seçmə qrup oyunu çərçivəsində millimizi qəbul edəcək Portuqaliya millisinin və ?Braqa?nın futbolçusu Kustodio Kastro öz ölkəsinin mətbuatına açıqlamasında deyib. O, komandasının ancaq qələbəyə oynayacağını deyib: ?Öz komandamıza inanıram. Düzdür, şəxsən özümün bu qarşılaşmada oynayıb-oynamayacağımı bilmirəm. Buna baş məşqçisi Paolo Bento qərar verəcək. Ancaq istənilən halda hədəfimiz ancaq və ancaq 3 xaldı?. Futbolçu Lüksemburq üzərindəki çətin qələbəni də şərh edib: ?Biz həmin oyunda 3 xalı götürdük. Əsas olan da bu idi". Qeyd edək ki, Portuqaliya-Azərbaycan matçı sentyabrın 11-də Bakı vaxtı ilə saat 00:15-də Braqada oynanılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA