Yunis Hüseynov istefa verdi, ?Xəzər Lənkəran? razılazmadı

img

20-09-2012 [09:33]


"Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib. O, bununla bağlı qərarını bu gün "Simurq"a qarşı keçirilən Premyer Liqanın oyunundan sonra açıqlayıb. Qeyd edək ki, "Xəzər Lənkəran" bu gün "Simurq"a 0:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Lənkəran təmsilçisi beş oyundan sonra beş xalla turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb. ?Xəzər Lənkəran? rəhbərliyi isə komandanın baş məşqçisi Yunis Hüseynovun istefa verməsinə münasibət açıqlayıb. Klubun vitse-prezidenti Tuyqun Nadirov Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, istefa qəbul olunmayıb və olunmayacaq. ?Biz belə bir qərar verməyəcəyik. Yaxşı olardı ki, məşqçilər korpusu istefa verməkdənsə, komandanın uğursuz çıxışlarının səbəbini təhlil edib araşdırsın. Komandanın düşdüyü bu durumdan çıxarmaq üçün klub rəhbərliyinin baş məşqçiylə görüşü olacaq. Biz birılikdə yaranmış vəziyyətdən çıxış yolu axtaracağıq? ? deyə T.Nadirov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA