Azərbaycanın üç futbol komandası dağılıb

img

24-08-2012 [04:27]


Azərbaycan çempionatının I divizionunda çıxış edəcək komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümündə Premyer Liqaya vəsiqə uğrunda 13 komanda mübarizə aparacaq. Bunlar "Qaradağ Lökbatan", "Neftçala", "Şahdağ", "Bakılı", "Lokomotiv", "Şəmkir", "Tərəqqi", "Şuşa", "Energetik", MOİK, "Göyəzən", "Ağsu", "Qala" klublarıdır. Sonuncu 2 komanda ? ?Ağsu? və ?Qala? ilk dəfə ölkə çempionatında iştirak edəcək. Bu 2 klub yeni addırsa, ötən mövsüm bu yarışa qatılan 3 iştirakçı fəaliyyətini dayandırıb. Azərbaycan futbolunda növbəti ?ölən? klublar ?Karvan?, ?MKT-Araz? və ?Muğan? olub. Bunlar vaxtilə Premyer Liqada oynamış komandalardır. Sonuncular istisna olmaqla, digər iki komanda avrokuboklarda da çıxış edib. Qeyd edək ki, artıq bu gün saat 16:00-da I divizionun püşkü atılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA