Boksumuzun qələbəsi üçün 9 milyon rüzvət

img

05-08-2012 [04:17]


Londonda Azərbaycan boksçusu Maqomed Əbdulhəmidovla bağlı baş verən olaylar dünya mediyasının gündəmini zəbt edib. Türkiyənin sporx.com saytı bununla bağlı dərc etdiyi ?Londonda danışlımış oyun qalmaqalı? başlıqlı yazısında İngiltərə BBC-nin Azərbaycanın AİBA rəhbərliyinə 9 milyon dollar rüşvət verməsi ilə bağlı xəbərə də yer verib. Mia.az xəbər verir ki, həmin yazıda Japonya-Azərbaycan qarşılaşmasında ?şike yapıldığı? iddia olunub. Buna görə də rinqdə 6 dəfə yıxılmasına rəğmən, qalib Azərbaycan boksçusu sayılıb. Türkmən hakim Işangül Meretniyazovun idarə etdiyi qarşılaşmanın nəticəsinin sonradan yapon tərəfinin şikayəti üzrə araşdırıldığı və Satoşi Şimizunun qalib elan edildiyi vurğulanıb: ?Araşdırma aparan Olimpiya Komitəsi azəri boks komandasının məşqçilər korpusunu və türkmən hakimi yarışdan uzaqlaşdırdı. Araşdırma davam edərkən isə ingilis telekanalı BBC Azərbaycan yetklilərinin Beynəlxalq Boks Federasiyasına 9 milyon dollar rüşvət verdiyini və buna görə azəri boksçunun qızıl medal alacağına razılaşıldığını iddia etdi. Bu, doğrumu? Bilinmir. Araşdırma isə gedir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA