Komitə məhkəmədə dini təriqətə uduzdu

img

06-08-2012 [01:37]


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov şübhəli fəaliyyətləri ilə seçilən bəzi dini təriqətlərin fəaliyyətlərini məhdudlaşdırmağa çalışsa da, komitənin bu istiqamətdə atdığı addımlar gözlənilən effekti vermir. ?Reytinq?in ötən sayında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin ?Jivotvoryaşaya blaqodat? beynəlxalq bibley təşkilatı dini qurumunun da qeydiyyatını ləğv edilməsinə çalışdığı, bu məqsəddlə də məhkəməyə müraciət etdiyini bildirmişdik. Vurğulamışdıq ki, komitə ?Jivotvoryaşaya blaqodat? beynəlxalq bibley təşkilatı dini qurumunun dövlət qeydiyyatının ləğv edilməsi məqsədiylə 1 saylı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırsa da, hakim komitənin əleyhinə qərar verib. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin bu qərarından şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsi də komitənin tələblərinə ?yox? deyib. Qəzetimizin Bakı Apellyasiya Məhkəməsindən əldə etdiyi yeni xəbərə görə, ?Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ?Jivotvoryaşaya blaqodat? dini qurumuna qarşı verdiyi şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılıb: ?Hakim şikayətə iyulun 31-də baxıb və qərarını elan edib. O, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, komitənin növbəti dəfə uduzmasını rəsmiləşdirmiş olub?. Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsindən Ali Məhkəməyə şikayət edilib-edilməyəcəyini dəqiqləşdirmək istəsək də, buna nail ola bilmədik. Onu da qeyd edək ki, Elşad İsgəndərovun rəhbərlik etdiyi komitənin başqa bir dini təşkilatla da məhkəmə çəkişməsi var. Amma ?Jivotvoryaşaya blaqodat? beynəlxalq bibley təşkilatı dini qurumundan fərqli olaraq, komitə bu məhkəmə savaşından qalib ayrılıb. Əldə etdiyimiz məlumata görə, ?Yehovanın Şahidləri? dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı məhkəmə qaydasında iddia qaldırıb. Dini icma ölkəmizə gətirmək istədiyi dini ədəbiyyatlara komitə tərəfindən qadağa qoyulmasına etirazı edib: ??Yehovanın Şahidləri? dini icması və icmanın üzvləri komitəyə qarşı dini ədəbiyyatın idxalına məhdudiyyət qoyulması barədə cavabdehin qərarının ləğvi, ədəbiyyatların məhdudiyyətsiz idxalına icazə verilməsi və buna görə üzləşdikləri mənəvi zərərin ödənilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində iddia qaldırsalar da, komitənin qərarını ləğv etdirə bilməyiblər. Birinci instansiya məhkəməsi komitəni haqlı ayıb. Dini icma bu qərardan apellyasiya şikayəti versə də, avqustun 2-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Nürəddin Mustafayev şikayətə baxaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Yəni komitəni yenə qalib elan edib?. Yazıda adları hallanan tərəflərin mövqeyini də dərc edə bilərik. "Reytinq" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR