Sərdar Cəlaloğlunun verdiyi iftarda qalmaqal olub?

img

23-08-2012 [01:13]


Müqəddəs Ramazan ayı ilə bağlı Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlunun müxalifət partiyalarının liderlərini bir araya toplayaraq iftar verdiyi mərasimdə qalmaqal olub. ?Vətəninfo.az?ın verdiyi məlumata əsasən, Azərbaycan Milli İstiqlal Partiyası sədri Yusif Bağırzadə söhbətin şirin yerində üzünü partiya sədrlərinə tutaraq ?Bəylər müxalif partiya sədrlərini bu şəkildə biraraya yığmaq çox çətin olur. Gəlmişgən, qarşıdakı prezident seçkilərində müxalifətin vahid namizəd məsələsinidə danışağın. Mən hesab edirəm ki, AXCP sədri Əli Kərimlinin müxalifətin vahid namizədi olması məsələsin müzakirə edə bilərik?, - deyib. AMİP sədrinin bu çıxışı narazılıq yaradıb. Bu çıxışına Müsavat başqanı İsa Qəmbər ?Biz bura iftara gəlmişik, namizəd məsələsin mzakirə etməyə deyil?, - deyə, cavab verib: "Bundan sonra məclisdə susqunluq yaranıb və hərə masa başında yanında oturanla pıçıldaşmağa başlayıb. Bundan sonra İsa Qəmbər məclisi tələm-tələsik tək edib. Başqanın gedişindən sonra ev sahibi Sərdar Cəlaloğlu üzünü Y.Bağırzadəyə tutaraq ?Niyə tələsdin. Heç yeri idi?, - deyə, fikirin bildirib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR