?Qəbələ? və AZAL büdrədi, ?Turan? qalib gəldi

img

05-08-2012 [04:03]


Azərbaycan çempionatında 2012-2013 mövsümünə start verilib. 9 aylıq marafonun start turunun ilk oyun günündə üç qarşılaşma baş tutub. Ötən mövsümün sonuncusu "Sumqayıt" evdə AZAL-ı qəbul edib. Görüş sülhlə başa çatıb - 2:2. Gəncənin ?Kəpəz? klubu isə Tovuzun ?Turan? komandasını sınağa çəkib. "Turan" səfərdə "Kəpəz"in qapısından 2 top keçirməklə qalib gəlib. Gəncə klubu bu toplardan yalnız birinin əvəzini çıxa bilib - 2:1. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu oyunda mövsümün ilk qolunun müəllifi də müəyyənləşib. Qərb derbisində hesabı 13-cü dəqiqədə açan ?Kəpəz?in yeni transferi İrakli Beraya rəqib qapısına yol tapmaqla, mövsümün ilk qolunu vurub. Amma onun bu qolu komandasına qələbə gətirməyib. Qarşılaşmadan sonra açıqlama verən [b]?Turan?ın təcrübəli baş məşqçisi Əsgər Abdullayev[/b] aşağıdakıları deyib: ?İyulun 10-dan məşqlərə başlamışıq. Prinsipimiz əsasən gənc futbolçulara üstünlük verməkdi. Oyunun başlanğıcında da göründü ki, futbolçular arasında anlaşma istənilən səviyyədə deyil. İlk qolu biz buraxsaq da, daha sonra komanda yaxşı oyun göstərdi və qalib gəldik?. [b]?Kəpəz?in baş məşqçisi Fuad İsmayılov[/b] isə ilk qoldan sonra ruhdan düşdüklərini bildirib: ?Biz hazırlıqlara ?Turan?dan öncə başlamışdıq. Bu cür nəticəni gözləmirdik, oyuna yaxşı hazırlaşmışdıq. İlk qoldan sonra futbolçular ruhdan düşməməli idi. Bu, bizim üçün son deyil, mübarizəmizi davam etdirəcəyik?. Turun digər qarşılaşması isə ?Simurq?la ?Qəbələ? araında baş tutub. Matç 1:1 hesabı ilə bitib. Xatırladaq ki, bu oyun həm də mövsümün ilk qırmızı vərəqəsi ilə yadda qalacaq. Belə ki, Premyer Liqanın ilk qırmızı vərəqəsini ?Qəbələ?li futbolçu Ürfan Abbasov alıb. O, 84-cü dəqiqəsində meydandan qovulub Oyundan sonra hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüblər. [b]Qonaq komandanın baş məşqçisi Fatih Kavlak[/b] qalib gəlmək istəkdiklərini, amma buna nail ola bilmədiklərini etiraf edib: ?İlk oyunda qalib gəlmək istəyirdik, lakin 1 qol vurmağımıza baxmayaraq, qapımızdan da bir qol buraxdıq. Baxımlı oyunun şahidi olduq, ?Simurq? yaxşı komandadı?. [b]?Simurq?un baş məşqçisi Georgi Çixradze[/b] isə heç-heçəni yaxşı nəticə hesab edib: ?İlk oyunlarla hər kəsi təbrik edirəm. Çətin, amma yaxşı oyun oldu. Qapımızdan top buraxdıqdan sonra əzmkarlıq göstərib hesabda tarazlığı bərpa etdik. ?Qəbələ? kimi rəqiblə oyunda heç-heçə bizim üçün yaxşı nəticədi?. Bu gün turun iki keçiriləcək. ?İnter? ?Qarabağ?ı, ?Rəvan? ?Xəzər Lənkəran?ı qəbul edəcək. Bu turun ?Neftçi? ? ?Bakı? oyunu isə təxirə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA