Azərbaycan boksçusunun qələbəsi əlindən alındı

img

02-08-2012 [01:21]


London Olimpiadasında ilk döyüşünü keçirən Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidov 1/8 finalda yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunsa da, sonradan onu nəticəsi ləğv edilib. Mia.az əbər veriri ki, ilk raundu öndə (4:2) başa vuran Məhəmməd ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb. O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub. Yapon tərəfi döyüşün yekun nəticəsinə etiraz ediblər. Etiraza səbəb isə üçüncü raunda Azərbaycan təmsilçisinin altı dəfə nokdauna düşməsi, lakin döyüşün saxlanılmaması və qələbənin isə bizim boksçumuza verilməsi faktı olub. Döyüşün videoyazısına baxan Beynəlxalq Həvəskar Boks Assosiasiyası hakimin qokdaun səbəbindən ən azı üç dəfə Əbdülhəmidov üçün hesab açmalı olması, belə hallarda isə qaydalara görə döyüşün dayandırılmalı olduğu barədə qərar qəbul ediblər. Beləliklə, qələbə e Etiraz nəticəsində yapona verilib. [b]Hüseyn Eynullayev[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA