"Neftçi"dən biabırçı məğlubiyyət, rəqib məzqçidən isə təəccüblü açıqlama

img

02-08-2012 [12:30]


Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu səfərdə biabırçı məğlubiyyətə uğrayıb. Səfərdə İsrailin "Hapoel" (İroni Kiryat) klubunun qonağı olan komandamız 0:4 hesabı ilə məğlub olub. Oyundan sonra açıqlama verən ?Hapoel?in baş məşqçisi Gili Landau belə nəticəyə təəccübünü gizlədə bilməyib: : ?Bu gün oyun çox çətin keçdi. Rəqib bura hazırlıqlı gəlmişdi. Amma onlar imkanlarından aşağı səviyyədə çıxış etdilər. Fasilə mən futbolçulara müəyyən tapşırıqlar verdim. Buna görə də ikinci hissədə bizimkilər daha yaxşı oynamağa başladılar. Biz komanda oyunu nümayiş etdirdik. Özümüzə inam çox idi?. Baş məşqçi etiraf edib ki, 4:0 hesablı qələbə onun üçün gözlənilməz olub. Qeyd edək ki, bu komandalar arasında "Dalğa Arena"da baş tutacaq cavab görüşü avqustun 8-də, saat 21:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA