"London - 2012": Böyük Britaniya qələbə, Braziliya darmadağınla bazladı

img

26-07-2012 [04:32]


İngiltərənin paytaxtı Londonda təşkil olunacaq olimpiadanın qeyri-rəsmi açılışı baş tutub. Futbol üzrə Böyük Britaniya və Yeni Zellandiya yığmaları arasında keçirilən oyunla turnirə start verilib. E qrupunda baş tutan ilk matçın taleyini bir qol həll edib. Stephanie Houqtonun görüşün 64-cü dəqiqədə vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb - 1:0. Qrupun digər oyununda isə Kamerun və Braziliya yığmaları üz-üzə gəlib. Bu oyunda isə Cənubi Amerika təmsilçisi rəqibinə heç bir şans verməyib - 5:0. Qeyd edək ki, London olimpiadasının təntənəli açılış mərasimi sabah axşam keçiriləcək. [b]25 iyul[/b] [b]E qrupu[/b] Böyük Britaniya - Yeni Zellandiya - 1:0 Kamerun - Braziliya - 0:5 [b]F qrupu[/b] Yaponiya - Kanada - 2:1 İsveç - CAR - 4:1 [b]G qrupu[/b] ABŞ - Fransa - 4:2 Kolumbiya - Şimali Koreya - 0:2

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA