Azərbaycan ilk medalını qazandı

img

30-07-2012 [04:04]


Bu gün London olimpiadasında ağırlıqqaldırma üzrə ilk idmançımız, 18 yaşlı Valentin Xristov ilk qızıl medalımızı qazanıb. O, birdən qaldırmada əvvəlcə 123 kq, sonra isə 127 kq qaldırıb. Xristov üçüncü dəfə 130 kq qaldırmanın öhdəsindən gələ bilməyib. Bundan sonra idmançımız təkanla 159 kq qaldırmaqla bürünc medala sahib çıxıb. Xatırladaq ki, V.Xrispov 56 kiloqram çəki dərəcəsində birdən və təkanla qaldırmada iki hərəkətin cəminə görə ümumilikdə 286 kiloqramlıq ağırlığı dəf edib. İlk iki yerdə isə müvafiq olaraq Türkiyəli Xəlil Mutlunun rekordunu təzələyən Şimali Koreyadan (293) və Çindən (289) olan atletlər qərarlaşıblar. Qeyd edək ki, olimpiadada ağırlıqqaldırma millimiz 5 kişi və 1 qadın idmançı ilə təmsil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA