Kamerunlu idmançılar Olimpiadadan qaçıb

img

08-08-2012 [12:31]


Londonda yeddi idmançı Olimpiadadan qaçıb. Onlar Kamerun Olimpiya yığmasının üzvləridir. Qaçan idmançılardan 5-i boksçu, digərləri isə üzgüçü və qadın futbolçudur. Ehtimallara görə, onlar İngiltərədə qalmaq üçün Kamerun yığmasını tərk ediblər. İdmançıların harada olduğu məlum deyil. Olimpiya kəndindən üzgüçü Pol Ekane Edinqu, futbolçu Drusille Nqako və beş boksçu - Tomas Essomba, Kristian Donfak Acufak, Avdon Mevoli, Blez Yempu Mendou və Serj Ambomo qaçıb. Yoxa çıxmış idmançıların axtarışı davam edir. Qeyd edək ki, Kamerunun qadınlardan ibarət futbol yığmasının ehtiyat qapıçısı Drusille Nqako hələ London Olimpiadasının başlamasından əvvəl yoxa çıxmışdı (?Qafqazinfo?).

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA