inter" də qələbəni əldən verdi

img

19-07-2012 [10:56]


Bu gün Avropa Liqasında II təsnifat mərhələsində "Xəzər Lənkəran" kimi "İnter" də qələbəni əldən verib. Belə ki, Bakının "İnter" klubu isə öz meydanında Yunanıstanın "Asteras Tripolis" komandasını qəbul edib. İlk mərhələdə Estoniyanın "Trans" klubunu darmadağın edən (5:0, 2:0) Kaxaber Sxadadzenin komandası bu oyunda da rəqibini əliboş yola salmaq niyyətində idi. Lakin bu görüş də sülhlə başa çatıb - 1:1. Qeyd edək ki, bu komandalar arasında cavab oyunları bir həftə sonra - iyulun 26-da keçiriləcək. "İnter" (AZƏRBAYCAN) - "Asteras Tripolis" (Yunanıstan) - 1:1 Qollar: Tales Şütz, 46 (1:0), Emanuel Perrone, 54 (1:1) "İnter": Georgi Lomaya, Valeri Abramidze, Vladimir Levin, Brüs Abdulaye, İlia Kandelaki, Ruslan Əmircanov, Slavço Georgiyevski, İbrahim Niasse (Peter Zlatinov, 72), Georgi Adamiya (Daniel Genov, 89), Asif Məmmədov (Nizami Hacıyev, 46), Tales Şütz "Asteras Tripolis": Bantis Xuanito, Lautaro Formika, Fernando Usero, Emanuel Perrone (Kaubrilis, 90+1), Rayo (Kristof Pipinis, 88), Savas Çampurs, Leandro Alvares, Sebastyan Bartolini, Ximo Armero, Mixalis Fraqulakis (Anastosis Bakatakis, 54)

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA