ibrahimoviç rekord məbləğə PSJ-li oldu

img

18-07-2012 [11:04]


Bu gün Zlatan Ibrahimoviç Fransanın PSJ klubu ilə 3 illik müqaviləyə imza atdı. 30 yaşlı ulduz futbolçu yeni klubundan illik 14 milyon avro almaqla, həm də bir rekordda imza atmış olub. Türkiyə xəbər portallarına istinadən edən mia.az xəbər verir ki, yeni klubuna keçidi ilə bağlı açıqlama verən İsveçli qolçu "Nəhayət, PSJ-nin oyunçusuyam, karyeram üçün böyük bir addım atdım. Xəyallarım gerçəkləşdi. PSJ-yə transferim mənim səmimi seçimimdir, çox ilginc layihə olduğu üçün buranı seçdim. Tarixin bir parçası olmaq istədim. Bu komanda ilə tarix yazacağıq?, - deyə, bildirib. İmzalanma mərasimində yeni klubunun çox oyunçularını tanımadığını da etiraf edən qolçu deyib ki, ancaq komanda üzlərinin onun kim olduğunu bildiklərinə əmindir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA