"Xəzər Lənkəran"ın rəqibi gəldi

img

18-07-2012 [05:20]


Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Xəzər Lənkəran"ın qonağı olacaq Polşanın "Lex" klubu artıq Azərbaycandadır.Bakıda Heydər Əliyev adına hava limanına enən Poznan təmsilçisi paytaxtdan matçın keçiriləcəyi Lənkəran şəhərinə doğru hərəkət edəcək. Bu axşam isə hər iki komandanın mətbuat konfransı keçiriləcək. "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun mətbuat konfransı saat 18:30-da başlayacaq. "Lex Poznan"ın baş məşqçisi Mariuş Rumakın media nümayəndələri ilə görüşünün isə saat 20:45-də başlaması nəzərdə tutulub. Qeyd edək ki, "Xəzər Lənkəran" - "Lex" matçı sabah saat 20:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA