"Neftçi" çempionlar Liqasına darmadağınla bazladı

img

17-07-2012 [11:58]


Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, təmsilçimiz Bakının "Neftçi" klubu da mübarizəyə məhz bu mərhələdən qoşulub. Son Azərbaycan çempionunun rəqibi isə Gürcüstanın "Zestafoni" klubu idi. "Neftçi" ilk görüşdə doğma meydan amilindən maksimum yararlanıb. İlk hissədə 2 qol vuran "Neftçi" fasilədən sonra daha bir dəfə fərqlənməklə böyükhesablı qələbəyə imza atıb - 3:0. Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra - iyulun 24-də Gürcüstanda keçiriləcək. 17 iyul Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunu 21:00. "Neftçi" (AZƏRBAYCAN) - "Zestafoni" (Gürcüstan) - 3:0 Qollar: Cavid İmamverdiyev, 22 (1:0), Julius Vobay, 24 (2:0), Nikolas Kanales, 63 (3:0) ?Neftçi?: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Elvin Yunuszadə (Saşa Yunisoğlu, 71), Bruno Bertuççi, Rəşad Sadiqov, Cavid İmamverdiyev (Mirhüseyn Seyidov, 76), Flavinyo (Araz Abdullayev, 62), Julius Vobay, Nikolas Kanales, Erik Ramos ?Zestafoni?: Roin Kvasxvadze, Mamuka Kobaxidze, Teymuraz Qonqadze, Edik Sadyaya, Caba Dvali, Levan Şarikadze, Zurab Menteşaşvili, Tornike Qorqiaşvili, Zaal Eliyava, Tornike Apçiauri (Luka Ququçiya, 67), Abaomi Ovojikoko (Muciri, 59)

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA