"Bakı" dayandı, "inter" növbəti mərhələdə

img

13-07-2012 [01:05]


Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin növbəti cavab görüşləri keçirilib. Təmsilçilərimiz "İnter" və "Bakı" klubları da bu axşam cavab matçına çıxıblar. Səfərdə Estoniyanın "Trans" klubu 5:0 hesabı ilə darmadağın edən "İnter" üçün bu görüş artıq formal xarakter daşıyırdı. Bununla belə, Kaxaber Sxadadzenin komandası doğma azarkeşləri önündə də qələbə qazanmağa çalışacaqdı ki, bunu da bacarıb - 2:0. Paytaxtın digər təmsilçisi "Bakı" isə Sloveniyada "Mura"nın qonağı olub. Bakıda baş tutan ilk görüşdə hesab açılmadığından cütün taleyinə məhz cavab matçında aydınlıq gələcəkdi. Bu görüşdə "Bakı"nı istənilən məhsuldar heç-heçə də qane edəcəkdi. Lakin rəqibinə 0:2 hesabı ilə uduzan "Bakı" mübarizəni dayandırıb. Qeyd edək ki, "İnter" növbəti mərhələdə Yunanıstanın "Asteras Tripolis" klubu ilə qarşılaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA