?Xəzər Lənkəran?da Yunis Hüseynova ləqəb qoydular

img

12-07-2012 [03:05]


?Xəzər Lənkəran? azarkeşləri ?Nomme Kalyu? səddini keçərək kluba tarixində ilk avrokubok qələbəsi qazandıran baş məşqçi Yunis Hüseynova ləqəb qoyub. Belə ki, "Xan Lənkəran" azarkeş klubu Hüseynova "Xilaskar? ləqəbini verib. Buna səbəb isə qeyd etdiyimiz kimi, Hüseynovun Estoniyada qazandığı tarixi qələbədir. Xatırladaq ki, "Xəzər Lənkəran" 2004-cü ildən bu yana heç bir məşqçinin dövründə avrokuboklarda mərhələ adlaya bilməmişdi. Mərhələ bir yana, heç qələbə qazana bilməmişdi. ?Xan Lənkəran? da "Xəzər Lənkəran"ı məhz bu sindromdan xilas etdiyinə görə, baş məşqçilərinə bu ləqəbi vermək qərarına gəliblər. Ləqəb artıq əksər azarkeşlərin dilindən düşmür. Qeyd edək ki, ?Xəzər Lənkəran? azarkeşləri daha öncə Ruslan Ablışova ?dollar oğlan? ləqəbi qoymuşdular.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA