Prezident futbola 3 milyon manat ayırdı

img

11-07-2012 [11:02]


Prezident İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin ehtiyat fondundan 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasına 3,0 (üç) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA