"Xəzər Lənkəran" növbəti mərhələdə!

img

10-07-2012 [11:28]


Bu gün Avropa Liqasında I təsnifat mərhələsində "Xəzər Lənkəran" klubu Estoniyada "Nomme Kalyu" komandası ilə qarşılaşıb. Lənkəranda keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alındığından "Xəzər Lənkəran"ın səfərdə işi çətin olacaqdı. Yunis Hüseynovun komandası növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalı idi. Bununla belə, səfərdə qeydə alınacaq məhsuldar heç-heçə də (3:3, 4:4) Lənkəran təmsilçisini razı salacaqdı. Lakin fasiləyə qədər Ruslan Abışovun qolu ilə hesabı açan "Xəzər Lənkəran" ikinci hissədə daha bir dəfə fərqlənməklə cütün taleyinə aydınlıq gətirib. Beləliklə, səfərdə 2:0 hesabı ilə qələbə qazanan Lənkəran təmsilçisi tarixi ərzində ilk dəfə mərhələ adlayıb. Bu, eyni zamanda "Xəzər Lənkəran"ın Avrokuboklarda qazandığı ilk qələbə olub. Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti mərhələdə "Jetısu" (Qazaxıstan) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. 10 iyul Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunu 20:45. "Nomme Kalyu" (Estoniya) - "Xəzər Lənkəran" (AZƏRBAYCAN) (İlk oyun - 2:2) - 0:2 Qollar: Ruslan Abışov, 40 (0:1), Branimir Subaşiç, 85 (0:2) Hakimlər: Dag Vidar Hafsas, Svein Inge Wiken, Jan Erik Engan, Trond Ivar Dovle (hamısı Norveç) Tallin. Kadriorq stadionu "Xəzər Lənkəran": Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Elnur Allahverdiyev, Radomir Todorov, Ruslan Abışov, Roberto Alviz, Rahid Əmirquliyev (k), Adrian Pit (Elnur Abdullayev, 90+2), Sadio Tounkara (Rendal Brenez, 84), Branimir Subaşiç (Rikardo Qomeş, 88). "Nomme Kalyu": Vitali Teles, Ken Kallaste, Tixon Şişov, Alo Barenqrub (k), Hidetoşi Vakui (Yuri Yevdokimov, 80), Eino Puri, Konsa Oliver, Jose Rodriqez, Kristen Viikma, Yankuba Seesay, Damiano Quintieri

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA