Valdes: "Kasilyas "Qızıl top" mükafatına layiqdir"

img

10-07-2012 [05:13]


"Barselona" klubunun qapıçısı Viktor Valdes İspaniya millisindəki həmkarı İker Kasilyas haqda xoş sözlər deyib. Məlumata görə, Valdez "Qızıl top" mükafatına məhz Kasilyası layiq gördüyünü bildirib: "Kasilyas hazırda dünyanın ən yaxşı qapıçısıdır. O, bunu bir neçə ildir ki, sübut edir. Son dünya və Avropa çempionudur. Ona görə də düşünürəm ki, "Qızıl top" mükafatını məhz Kasilyas almalıdır. Bu mükafata digər namizəd kimi isə komanda yoldaşım Andres İniyestanı görürəm". Qeyd edək ki, Valdez İspaniya millisinin heyətində "Avro-2012"yə aparılsa da, bir görüşdə belə forma geyinə bilməmişdi. Kasilyasın bütün oyunlarda çərçivəni qoruması Valdesin istəyini gözündə qoymuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA