Altıntopun üstündə ?qırğın? düzüb

img

09-07-2012 [01:27]


[b]"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Həmid Altıntop İtaliya nəhəngi ? ?Milan?dan təklif alsa da, 31 yaşlı futbolçu ilə dünən anlaşmaq mümkün olmayıb. Bunun səbəbi isə türk əsilli oyunçunun İtaliya klubundan çox pul istəməsi olub.[/b] ?İtalyan klubu isə Altıntopun istədiyi puldan çox az təklif edib. Buna görə transfer gerçəkləşmədi?,- deyə, Türkiyə xəbər portalları məlumat yayıblar. Mia.az-ın xəbərinə görə, İtaliya sevdası daşa dönən Altıntop həftənin ikinci günü Türkiyəyə gəlir: ?"Fənərbaxça" və "Qalatasaray"ın da Altıntopla yaxından maraqlanması da Milan təmsilçisinin işini çətinə saldı. Ötən mövsüm "Real"a transfer olunan Həmid keçirdiyi 5 oyunda cəmi bir dəfə rəqib qapısına yol tapsa da, bu, ona olan marağı azaltmayıb. Türkiyənin iki nəhəng klubu ? ?Qalatasaray? və ?Fənərbaxça? onun üstündə sanki dava edər hala gəliblər. Dünən ?Milan?la anlaşıla bilməməsi isə artıq onun istiqamətini Türkiyəyə dəyişməsinə səbəb olub. İkinci günü ?Qalatasaray? və ?Fənərbaxça? ilə danışıqlar masasına oturmaq üçün Türkiyəyə gələcək. Əgər uğurlu alınarsa, həmin günü də iki klubdan biri ilə transferə nöqtə qoyulacaq?. Məlumata görə, Altıntopun ?Qalatasaray?dan daha çox ?Fənər?ə keçmək şansı var: ?Çünki ?Fənərbaxça? ona görə boxçasının ağzını açıb, daha çox pul təklif edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA