Brazilya heyətini açıqladı; Neymar millidə!

img

08-07-2012 [03:28]


Braziliya yığmasının London Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb. 23 yaşdan artıq 3 futbolçunun daxil edilməsi mümkün olan heyətdə sürpriz isimlər də var. Neymar, Halk, Pato, Marselo və Tiaqo Silva kimi ulduzların yer aldığı heyətə ?Mançester Yunayted?dən Rafael və ?Tottenhem?dən Sandronun salınması bir çoxları tərəfindən təəccüblə qarşılanıb. Heyətdə Oskar, Lukas Moura, Leandro Damiao və Paulo Henrike kimi Braziliya çempionatında top qovan gənclər də yer alıb. Qeyd edək ki, Braziliya London Yay Olimpiya Oyunlarında Misir, Belarus və Yeni Zellendiya ilə birlikdə C qrupunda yarışacaq. Qapıçılar: Rafael Kabral (Santos), Neto (Fiorentina, İtaliya). Müdafiəçilər: Marselo (Real, İspaniya), Rafael (Mançester Yunayted, İngiltərə), Danilo (Portu, Portuqaliya), Aleks Sandro (Portu, Portuqaliya), Tiaqo Silva (Milan, İtaoiya), Xuan (İnter, İtaliya), Bruno Uvini (San Paulo). Yarımmüdafiəçilər: Romulo (Vasko da Qama), Qanso (Santos), Oskar (İnternasional), Sandro (Tottenhem, İngiltərə), Lukas (San Paulo). Hücumçular: Neymar (Santos), Aleksandre Pato (Milan, İtaliya), Leandro Damiao (İnternasional), Halk (Portu, Portuqaliya).

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA